DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Əfsanəvi liderin nəvəsindən müsəlmanlara dəstək

Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi, Myanmada müsəlmanlara qarşı davam edən buddist zülmünə səssiz qala…

|
Əfsanəvi liderin nəvəsindən müsəlmanlara dəstək

Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi, Myanmada müsəlmanlara qarşı davam edən buddist zülmünə səssiz qala bilməyib.

VOİCEPRESS bildirir ki, Ela Qandi Myanmanın hökumət başçısı Aunq San Suu Çiyə məktub yazaraq Arakandakı müsəlman soyqırımına son verilməsini tələb edib.

“Sizdən bütün səlahiyyət və nüfuzunuzdan istifadə edərək, Arakan əyalətində yaşayan müsəlmanlara qarşı mərhəmətli davranılmasını təmin etməyinizi istəyirik” – Qandi yazıb.

Myanmada son günlər müsəlmanlara qarşı çoxalan sistematik şiddətin, xüsusilə qadınlara və uşaqlara olan hücumların ciddi narahatlığa səbəb olduğunu deyən 77 yaşlı xanım Qandi, Suu Çidən problemi sülh yolu ilə həll etməyə çağırıb.

Cənubi Afrika vətəndaşı olan Ela Qandi, 1994-2004-cü illər arasında Afrika Milli Konqres Partiyasından millət vəkili olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR