“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə “NewsOne” telekanalı məlumat verib.
VOİCEPRESS xəbər verir ki, bu barədə “NewsOne” telekanalı məlumat verib.
“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.
O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.
Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub.
VOİCEPRESS.AZ