DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Yəhudi hərbçi qadın kütlənin cavabını verdi – VİDEO

İsrailin Yerusəlim şəhərində hərbçi qadın yolu kəsən ultramühafizəkar dindarların hücumunun qarşısını alıb.VOİCEPRESS Haaretz-ə istinadən bildirir ki…

|
Yəhudi hərbçi qadın kütlənin cavabını verdi – VİDEO

İsrailin Yerusəlim şəhərində hərbçi qadın yolu kəsən ultramühafizəkar dindarların hücumunun qarşısını alıb.

VOİCEPRESS Haaretz-ə istinadən bildirir ki, ultramühafizəkar “Haredi” təriqətindən olan yəhudilər Yerusəlimin mərkəzi küçələrindən birinə çıxaraq etiraz aksiyası keçirirdilər. Yolu bağlayan haredilər onların sektasından iki gəncin həbsinə etiraz edirdilər.

Həmin gənclər Yerusəlim və Bney Barak şəhərlərində haredilərin aksiyasında tutulublar. Haredilər ortodoksal yəhudilərin orduya, hərbi xidmətə çağırılmasına etiraz edirlər.

Yerusəlimdə yolu kəsmiş gənc haredilərdən kənara çəkilməyi, maşının hərəkətinə imkan verməyi xahiş edən yəhudi hərbçi qadın təhqirlərə məruz qalıb.

Gənc haredilər onu “fahişə” adlandırıblar, “şiksa” (yəhudi olmayan qadın) deməyə başlayıblar, sonucda da hərbçi qadına tüpürüblər.

Hərbçi qadın hirslənib və krav-maqa döyüş fəndlərindən istifadə edib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR