DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Yaponiyada istilər 9 nəfəri öldürdü

İyulun 31-dən avqustun 7-dək olan həftə ərzində Yaponiyada isti hava şəraiti 9 adamın ölümünə səbəb olub, 5,7 min nəfər isə xəstəxanalara yerləşdirilib…

|
Yaponiyada istilər 9 nəfəri öldürdü

İyulun 31-dən avqustun 7-dək olan həftə ərzində Yaponiyada isti hava şəraiti 9 adamın ölümünə səbəb olub, 5,7 min nəfər isə xəstəxanalara yerləşdirilib.

Yaponiya Mərkəzi Yanğınsöndürmə İdarəsinin məlumatında qeyd edilir ki, xəstəxanalara yerləşdirilənlərdən 1,9 min nəfərin stasionar müalicəyə ehtiyacı var. Xəsarət alanların yarıdan çoxu 65 yaşdan yuxarı insanlardır.

Ötən həftə ərzində ölkənin qərb hissəsində termometrlərin civə sütunu 35 dərəcədən yuxarını göstərib. Yaponiyanın şərqində isə nisbətən sərin hava – 30 dərəcə isti müşahidə edilib. Məhz belə hava şəraiti əvvəlki həftə ilə müqayisədə xəsarət alanların sayının artmasına (366 nəfər) səbəb olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR