Ümid edirik ki, Xəzəryanı dövlətlərin 5-ci sammiti gələn il keçiriləcək.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. Onun sözlərinə görə, növbəti sammit Qazaxıstanda baş tutacaq.
O, Qazaxıstanda öz həmkarı ilə Xəzərin statusu ilə bağlı konvensiyaya hazırlıq məsələsinin də müzakirə olunduğunu bildirib.
Qeyd edək ki, Xəzəryanı ölkə başçılarının ilk sammiti 2002-ci ildə Aşqabadda, ikinci sammiti 2007-ci ildə Tehranda, üçüncüsü 2010-cu ildə Bakıda, dördüncüsü isə 2014-cü ildə Həştərxanda baş tutub.
VOİCEPRESS.AZ