DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Vəkili Rza Zərrabdan xəbər ala bilmir

Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir.VOİCEPRESS xəbər verir ki, İran əsilli…

|
Vəkili Rza Zərrabdan xəbər ala bilmir

Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir.

VOİCEPRESS xəbər verir ki, İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki “09135-104” seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci il tarixində azad olduğu qeyd olunmuşdur.

Lakin məlumatın yanlışlıqla yayımlandığı və məhkumun həbsxanada olduğu deyilmişdir.
Məhkumun vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında, Rza Zərrabdan xəbər ala bilmədiklərini deyib: “Onun azad edildiyi, qaçırıldığı və ya hələ də həbsdə olduğuna dair məlumatımız yoxdur. 5 gündən çoxdur heç bir əlaqə yarada bilmirik”.

Xatırladaq ki, Rza Zərrabın noyabrın 27-də ABŞ-da məhkəməsi keçirələcək. Məhkəmə qabağı isə vəkili onun haqqında heç bir məlumatın olmadığını deyib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR