DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Bakı–Tbilisi Sərnişin Qatarları Çalışır, Bəs Türkiyə Marşrutu Nə Vaxt Açılacaq?"

ƏSL MƏSƏLƏ VƏ ƏSAS ZİDDİYYƏT: KARANTİN BƏHANƏDİR, YOXSA HƏQİQƏT?

|
Bakı–Tbilisi Sərnişin Qatarları Çalışır, Bəs Türkiyə Marşrutu Nə Vaxt Açılacaq?"

İnstagram və digər sosial platformalarda "İstanbul–Bakı qatar marşrutu turizm üçün açılır" başlığı ilə yayımlanan videolarda, guya yaxın zamanlarda iki qardaş ölkə arasında birbaşa sərnişin qatarının fəaliyyətə başlayacağı iddia olunur. Paylaşımlar qısa zamanda minlərlə bəyənmə və təkrar paylaşım toplayaraq ictimaiyyətdə böyük gözlənti yaradıb.

Hazırda Belə Marşrut Yoxdur!

Rəsmi qurumlar — nə Azərbaycan Dəmir Yolları (ADY), nə də Türkiyə Dövlət Dəmir Yolları (TCDD) tərəfindən İstanbul–Bakı marşrutu üzrə sərnişin qatarının açılması ilə bağlı hər hansı bir qərar verilməyib. Belə ki, bu sadəcə ekspert təklifidir.

Yəni, məlumatın kökü nəqliyyat eksperti Rauf Ağamirzəyevin verdiyi konseptual təklifinə söykənir. Ekspert Avropadakı,  Macarıstan və İstanbul arasında işləyən xüsusi 14 vaqonlu turizm qatarları təcrübəsini nümunə gətirərək, Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttindən yalnız yükdaşıma üçün deyil, turizm məqsədli sərnişindaşıma üçün də istifadə olunmasını təklif edib. Sosial media səhifələri isə bu ekspert rəyini "açılış xəbəri" kimi təqdim edərək sensasiya yaradıblar.

Qeyd etmək gərəkir ki,  bu gün Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirildikdən sonra hazırda əsasən yükdaşımalar üçün istifadə olunur. Eyni zamanda, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində quru sərhədləri və beynəlxalq sərnişin qatarlarının fəaliyyəti hələ də dayandırılıb.

Sosial mediada yayılan xəbərlər clickbait xarakterlidir. İstanbul–Bakı turist qatarının açılması hazırda reallığı əks etdirmir, sadəcə ekspert səviyyəsində irəli sürülmüş bir layihə ideyasıdır. Rəsmi açılış barədə xəbərlər yalnız müvafiq dövlət qurumları tərəfindən elan edildikdə mötəbər sayıla bilər.

ƏSL MƏSƏLƏ VƏ ƏSAS ZİDDİYYƏT: KARANTİN BƏHANƏDİR, YOXSA HƏQİQƏT?

Bakı–Tbilisi qatarlarının işləməsi iddiası və Türkiyə marşrutu fonunda quru sərhədləri tapmacasının səbəbi nədir? 

Sosial şəbəkələrdə və ictimaiyyət arasında ən çox müzakirə olunan və vətəndaşların haqlı olaraq cavab tələb etdiyi əsas sual budur: Əgər quru yollarının və beynəlxalq sərnişin daşınmasının bağlı qalmasına səbəb xüsusi karantin rejimidirsə, necə olur ki, Bakı–Tbilisi qatarı fəaliyyət göstərir amma Türkiyə istiqamətinə quru yolu açılmır?

 Karantin rejimi sadəcə Türkiyə ilə olan quru sərhədlərinəmi tətbiq olunur?

Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarı 2026-cı ilin may ayının 26-dan etibarən rəsmən bərpa olunub. Altı illik fasilədən sonra bu marşrut üzrə müasir "Stadler" qatarları ilə gündəlik sərnişindaşıma həyata keçirilir.

 Aydın məsələdir ki, Azərbaycan ilə Gürcüstan arasında xüsusi dövlətlərarası razılaşma əsasında sərnişin qatarının fəaliyyətinə icazə verilib. Qataır gündəlik reyslərlə sərhəd-keçid prosedurları çərçivəsində sərnişin daşıyır. 

Bəs Türkiyə istiqaməti niyə yalnız yük üçün istifadə olunur? 

 Bakı–Tbilisi–Qars (BTQ) xəttinin Axalkalakidəki açılışı zamanı xəttin Türkiyəyə qədər olan hissəsi bütünlüklə yükdaşımaları üçün istifadəyə verildi.  Türkiyə istiqamətinə sərnişin qatarlarının hərəkəti üçün gərəkli bütün infrastruktur hazır olsa da, bu marşrut üzrə sərnişin reysləri hələ başlamaq üzrə rəsmi cədvələ salınmayıb.

Əgər quru sərhədlərinin bağlı qalmasına rəsmi əsas kimi xüsusi karantin rejimi göstərilirsə, Bakı–Tbilisi sərnişin qatarının açılması göstərir ki, dövlətlərarası xüsusi qərarlarla quru/dəmir yolu sərnişindaşımasını bərpa etmək mümkündür. 

Bu halda Türkiyə istiqamətinə (Bakı–Tbilisi–Qars–İstanbul) sərnişin qatarının buraxılmaması karantinlə deyil, aidiyyəti ölkələrin dəmir yolu qurumları (ADY və TCDD) arasında sərnişin daşınması üzrə tarif, cədvəl və texniki razılaşmaların tamamlanmaması ilə bağlı olduğu aydın məsələdir.

Amma yenə də, bu xırda maneələrin aradan qaldırılmaması üçün nədən səy göstərilmir? 

 

Yazar: Ülkər Fərmanqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR