VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, smartfonlar üçün universal tərcüməçi proqramlar oxşar funksiyalara malikdir, amma “Baidu” şirkətinin yeniliyi telefonun batareyasının şarjını tam işlətməyəcək. Bundan başqa, “Baidu”nun tərcüməçisi “Wi-Fi” paylaya biləcək, çünki internetə qoşulma imkanı ilə təchiz ediləcək. Tərcüməçi qurğunun çəkisi təxminən 150 qr təşkil edir.
“Baidu” şirkəti tərcüməçi qurğunu yalnız satmağı deyil, həm də kirayə verməyi planlaşdırır. Sözügedən qurğunun satış və icarəsi əvvəlcə Çində başlanacaq, amma sonra “Baidu” yapon bazarını da fəth etməyə hazırlaşır. Dəstəklənən dillərin sayı hələ ki məlum deyil.
VOİCEPRESS.AZ