DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ukrayna: “Silah anbarını bu ölkə partladıb”

Ukraynanın Vinnitsa vilayətindəki hərbi anbarda partlayış diversantların yerləşdirdiyi detonator sayəsində baş tutub.VOİCEPRESS xəbər verir ki, bunu “İnter”…

|
Ukrayna: “Silah anbarını bu ölkə partladıb”

Ukraynanın Vinnitsa vilayətindəki hərbi anbarda partlayış diversantların yerləşdirdiyi detonator sayəsində baş tutub.

VOİCEPRESS xəbər verir ki, bunu “İnter” televiziyasına açıqlamasında Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyib.

“Biz buradakı partlayışın pilotsuz aparat vasitəsilə törədilməsi istiqamətində heç bir sübuta malik deyilik, amma əlimizdə detonatorun yerləşdirilməsi ilə bağlı faktlar var. Ehtimal edirik ki, bu, Rusiyanın hərbi fəaliyyətlərinin nəticəsidir. Burada diversiyanın bütün əlamətləri var. Balaklaydakı partlayışda da biz Ukrayna-Rusiya sərhədini keçən pilotsuz aparatın buradakı anbara partlayıcılar atdığını müəyyən etmişdik. Beləliklə, bu partlayış Rusiya diversiyasının nəticəsidir”? – deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 26-sı Ukraynanın Vinnitsa vilayətində, Kalinovkada yerləşən hərbi hissənin silah anbarında güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər yaralanıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR