DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib

Ukraynanın Zakarpat vilayətinin Raxovski rayonu ərazisində Azərbaycandan olan turistin həyatı xilas edilib.VOİCEPRESS bildirir ki, oktyabrın 1-də Kakaraza…

|
Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib

Ukraynanın Zakarpat vilayətinin Raxovski rayonu ərazisində Azərbaycandan olan turistin həyatı xilas edilib.

VOİCEPRESS bildirir ki, oktyabrın 1-də Kakaraza dağında turist marşrutu ilə hərəkət zamanı 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının halı pisləşib.
Axtarış-xilasetmə əməliyyatına Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Yasiyanski dağ axtarış-xilasetmə şöbəsinin 4 xilasedicisi və bir ədəd texnikası cəlb olunub. Onlar zərərçəkmişə ilkin tibbi yardım göstəriblər. Ardınca azərbaycanlı turist xərəkdə avtomobilə mindirilərək Yasinyanski şəhər xəstəxanasına aparılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR