VOİCEPRESS.AZ xarici mətbuata istinadla xəbər verir ki, məşhur taksi firması olan, Azərbaycanda da geniş yayılan Uber 57 milyon istifadəçisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini açıqlayıb.
Məlumatda bildirilir ki, dünyanın bütün ölkələrindən olan Uber istifadəçilərinin adları, nömrələri və getdikləri ünvanlar götürülüb.
Dünən axşam yayılan iddialara görə isə bu hadisə 2016-cı ildə baş versə də, şirkət bunu gizlədib. Bloomberg-in iddiasında bildirilir ki, hakerlər ələ keçirdikləri məlumatları silmək üçün şirkətdən külli miqdarda pul istəyiblər.
VOİCEPRESS.AZ