DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyədən Almaniya ilə bağlı gözlənilməz qərar

Türkiyə alman deputatlara 8 sentyabrda Konyadakı NATO hərbi bazasına səfər etməyə icazə verib.VOİCEPRESS xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri…

|
Türkiyədən Almaniya ilə bağlı gözlənilməz qərar

Türkiyə alman deputatlara 8 sentyabrda Konyadakı NATO hərbi bazasına səfər etməyə icazə verib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Almaniya parlamentindəki müdafiə komitəsinə ünvanladığı məktubda yazılıb.

NATO baş katibinin müavini Rauz Qotemöllerin rəhbərlik edəcəyi heyətdə 7 alman deputat iştirak edəcək. Hərbi bazaya səfər edəcək deputatların adları dəqiqləşdirilməyib.

Qeyd edək ki, daha əvvəl Ankara rəhbərliyi alman deputatlara İncirlik və Konyadakı NATO hərbi bazalarına səfər etməyə icazə vermədiyinə görə Almaniya hökuməti əsgərlərini İncirlikdən geri çəkmişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR