İğdırdan Naxçıvana gələn Azərbaycan nömrə nişanlı avtomobil idaretməni itirilməsi nəticəsində yoldan çıxıb. Nəticədə avtomobil bir neçə dəfə çevrilib.
Türkiyənin Qars şəhərində Azərbaycanın baş konsulu Nuru Quliyev VOİCEPRESS-ə bildirib ki, hadisə zamanı Azərbaycan vətəndaşları Hüseyn Hüseynov, Hüseynəli Orucov və Ukrayna vətəndaşı olan əslən azərbaycanlı Hüseyn Əbilov ölüblər. Konsul bildirib ki, qəzada dünyasını dəyişən şəxslərin cənazələri artıq Azərbaycana göndərilib.
Onun sözlərinə görə, qəza zamanı Vera Orucova və Mayil Maxsuyev isə ağır yaralanıblar. Azərbaycanın konsulluğu yaralıların vəziyyəti ilə mütəmadi maraqlandıqlarını bildirib. Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.
11:15
Türkiyənin İğdır vilayətində Azərbaycan vətəndaşı, Naxçıvan MR sakininin idarə etdiyi avtomobilin aşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
VOİCEPRESS xəbər verir ki, qəzada ölənlərin ikisi Naxçıvan sakinidir.
Xəsarət alanlar İğdır şəhər xəstəxanasına yerləşdiriliblər.
Ölən və yaralanan şəxslərin adları açıqlanmır.
Yol qəzası ötən gün axşam saatlarında baş verib.
VOİCEPRESS.AZ