DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Trampdan müəmmalı hədə: Fırtına olacaq…

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən hərbçilərlə görüşdən sonra "sakitlikdən sonra davam edəcək fırtına" barədə xəbərdarlıq edib.VOİCEPRESS xəbər…

|
Trampdan müəmmalı hədə: Fırtına olacaq…

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən hərbçilərlə görüşdən sonra “sakitlikdən sonra davam edəcək fırtına” barədə xəbərdarlıq edib.

VOİCEPRESS xəbər verir ki, bu barədə “Exo” informasiya yayıb.

Görüşdə hansı mövzular ətrafında müzakirə aparıldığı açıqlanmasa da, ABŞ Prezidenti Donald Trampın növbəti dəfə İrana qarşı kəskin tənqidi fikirlər səsləndirdiyi məlum olub. Ekspertlər prezidentin müəmmalı sözlərinin nə anlama gəldiyini izah etməkdə çətinlik çəkib. Tramp özü də işlətdiyi ifadənin mənasını izah etməyib, mətbuata yaxın zamanda hər şeyin məlum olacağını bildirib.

Qeyd edək ki, Donald Trampın İranla nüvə sazişi barədə qərarı gələn həftə açıqlaması gözlənilir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR