DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İspaniyada referendum günüdür – Polis və minlərlə insan üz-üzə

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.VOİCEPRESS xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları…

|
İspaniyada referendum günüdür – Polis və minlərlə insan üz-üzə

Bu gün İspaniyanın Kataloniya bölgəsində müstəqillik keçirilməsi nəzərdə tutulub.

VOİCEPRESS xəbər verir ki, artıq dünəndən etibarən referendum tərəfdarları küçələrə axışaraq növbə çəkməyə başlayıblar.

Bir çoxları səsvermənin keçiriləcəyi məntəqələrdə gecələyiblər.

Bəzi şəhərlərdə isə referendum əleyhdarları da aksiya keçiriblər.

Məlumata görə, İspaniya polisi seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan 2315 məktəbdən 1300-nü bağlayıb.

Kataloniya hökuməti isə bütün təzyiqlərə və məhdudiyyətlərə baxmayaraq referendumu keçirməkdə israrlıdır.

Qeyd edək ki, 46 milyon əhalisi olan İspaniyanın Kataloniya bölgəsində 7,5 milyon insan yaşayır.

09:20

İspaniya polisi Kataloniyada müstəqillik referendumu zamanı seçki məntəqəsi kimi istifadə edilməsi planlaşdırılan məktəblərin əksəriyyətini bağlayıb.

VOİCEPRESS
-in “Röyters”ə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları 2315 məktəbdən 1300-nü bağlamağa müvəffəq olub. Səsvermənin təşkil olunacağı daha 163 məktəb binası referendum tərəfdarları tərəfindən zəbt edilib.

Qeyd edək ki, İspaniyanın Kataloniya bölgəsinin rəhbərliyi bu gün müstəqillik referendumu keçirməyi planlaşdırıb. Rəsmi Madrid referendumu qanunsuz elan edib.

Sorğuların nəticələrinə əsasən, yerli əhalinin 41 faizi muxtar bölgənin müstəqil olmasını dəstəkləyir, 49 faizi isə əleyhinədir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR