DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb. VOİCEPRESS.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Suriya…

|
Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb.

VOİCEPRESS.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Suriya probleminə həsr olunub.

Prezident Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, aparılan geniş hərbi əməliyyatlar sayəsində Suriyanın tənəzzülünün qarşısını almaq mümkün olub.

Putin həmçinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astanada aparılan danışıqlara toxunub. O, İran və Türkiyə liderlərinin xüsusi rolunu vurğulayaraq bildirib ki, onlarsız Suriyada siyasi nizamlanma mümkün olmazdı.

Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib.

VOICEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR