DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib. VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, raket Yaponiyanın iqtisadi zonası istiqamətində…

|
Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib

Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib. VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, raket Yaponiyanın iqtisadi zonası istiqamətində buraxılıb.

Raket buraxılışı faktı Cənubi Koreyanın hərbi qurumları tərəfindən təsdiqlənib. Cənubi Koreya Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsini məlumatına görə, ballistik olduğu ehtimal edilən raket yerli vaxtla 23.41-də (Bakı vaxtı ilə 18.41-də) Şimali Koreyanın Çaqando əyaləti ərazisindən Yapon dənizi istiqamətində buraxılıb.

Pentaqon Şimali Koreyanın ballistik raketi buraxdığını qeydə aldığını bəyan edib. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl KXDR-in iyulun 27-də Koreya müharibəsinin başa çatmasının ildönümü münasibəti ilə raket sınağı keçirəcəyini proqnozlaşdırmışdı.

Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları insidentlə əlaqədar təcili iclas çağırıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR