Şimali Koreyanın “Elmi Ensiklopediya” adlı nəşriyyat evi yayımladığı xəritədə Krımı Rusiyanın ərazisi olaraq göstərib.
VOİCEPRESS xəbər verir ki, bu barədə Rusiyanın Şimali Koreyadakı səfirliyi məlumat yayıb.
Məsələ ilə bağlı bəyanat yayan Şimali Koreyanın Xarici İşlər Nazirliyi də Krımda keçirilən referendum nəticələrini tanıdıqlarını bildirib.
Nazirlik sözügedən nəticələrin beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğunu qeyd edib.
Qeyd edək ki, rəsmi Pxenyan Kuril adaları məsələsində də eyni mövqedən çıxış edir.
VOİCEPRESS.AZ