DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“İŞİD yeni “11 sentyabr” hazırlayır” – ABŞ rəsmisi

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.VOİCEPRESS xəbər verir ki, bunu ABŞ Milli…

|
“İŞİD yeni “11 sentyabr” hazırlayır” – ABŞ rəsmisi

İŞİD terror qruplaşmasının silahlıları 2001-ci il, 11 sentyabr hadisələrinə oxşar terror aktları planlaşdırırlar.

VOİCEPRESS xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik naziri vəzifəsini icra edən Eleyn Dyuk Londonda çıxış edərkən bəyan edib.

“Terrorçular təyyarələrdən istifadə edərək irimiqyaslı terror aktları hazırlayır. Kəşfiyyat bundan əmindir”, deyə ABŞ rəsmisi qeyd edib. Onun sözlərinə görə, hazırda terrorçular maliyyə axınlarını qoruyub saxlamaq üçün soyuq silah və avtomobillərdən istifadə edərək nisbətən xırda terror aktlarına əl atırlar.

Bununla belə, E. Dyuk ABŞ xüsusi xidmət orqanlarının təhdidləri aradan qaldırmaq üçün istifadə edəcək üsulları açıqlamayıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR