DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İş adamları Ərəbistandan qaçır

Səudiyyə Ərəbistanı iş adamları ölkədəki antikorrupsiya əməliyyatları ilə əlaqədar xarici banklar, investisiya qrupları, maliyyə konsultantları ilə danışıqlara…

|
İş adamları Ərəbistandan qaçır

Səudiyyə Ərəbistanı iş adamları ölkədəki antikorrupsiya əməliyyatları ilə əlaqədar xarici banklar, investisiya qrupları, maliyyə konsultantları ilə danışıqlara başlayıblar.

VOİCEPRESS xəbər verir ki, bu barədə informasiyanı “İndependent” qəzeti yayıb. Qəzet iş adamlarının Səudiyyə Ərəbistanındakı aktivlərini satmağa çalışdığını bildirib.

Biznesmenlər təkcə Səudiyyə Ərəbistanındakı aktivlərini yox, həm də qonşu ölkələrindəki əmlaklarından canlarını qurtarmağa çalışırlar. İş adamları Ər-Riyadın qonşu ölkələrə təzyiq edərək onların aktivlərinə həbs qoyulacağından qorxurlar.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatları keçirilib. Əməliyyat nəticəsində 200-dən çox insan həbs edilib. Onların içərisində şahzadələrin olduğu da bildirilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR