DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Səudiyyə Ərəbistanına ballistik raket atıldı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.VOİCEPRESS xəbər verir ki, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə…

|
Səudiyyə Ərəbistanına ballistik raket atıldı

Yəmən ərazisindən Səudiyyə Ərəbistanına ballistik raket atılıb.
VOİCEPRESS xəbər verir ki, raket Səudiyyə Ərəbistanının cənub-qərbindəki Cizan dairəsinə düşüb.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Rəsmi Ər-Riyaddan yayılan məlumata dair hələ ki, şərh verilməyib.

Ballistik raketin Yəməndəki husi üsyançıları tərəfindən buraxıldığı ehtimal edilir. Bu ilin iyulunda Yəmən ərazisindən atılan raket Məkkə şəhəri ətrafında vurulub.

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR