DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Sergey Qlazev: “Qafqaz sülh istəyirsə, rus birliyinə daxil olsun”

Əgər biz Qafqazda sülh istəyiriksə, o zaman bütün Qafqazı Avrasiya İttifaqına inteqrasiya etməliyik.VOİCEPRESS xəbər verir ki, bunu “Azadlıq” radiosunun…

|
Sergey Qlazev: “Qafqaz sülh istəyirsə, rus birliyinə daxil olsun”

Əgər biz Qafqazda sülh istəyiriksə, o zaman bütün Qafqazı Avrasiya İttifaqına inteqrasiya etməliyik.

VOİCEPRESS xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə açıqlamasında Rusiya prezidentinin müşaviri Sergey Qlazev söyləyib.

“Avrasiya İttifaqının genişlənməsi təbii prosesdir. Bu, hələlik postsovet məkanında aparılır. Biz buradakı xalqlarla Rusiya imperiyasını, daha sonra Sovet imperiyasını yaratdıq. İndi isə bundan sonrakı 100 ili də birgə yarada bilərik. Avrasiya İttifaqı Avropa Birliyindən fərqli olaraq könüllülüyün tərəfdarıdır. Burada AB-də olduğu kimi məcburetmə yoxdur. Bunu biz Yanukoviçin AB ilə assosiativ sazişdən imtinası zamanı gördük. Eyni şey Qafqaza da aiddir. Əgər biz Qafqazda sülh istəyiriksə, bütün Qafqaz Avrasiya İttifaqına inteqrasiya olmalıdır”, – deyə o bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR