DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Səddam Hüseynin milyonları geri alındı

“Neft qarşılığında qida və dərman” proqramı çərçivəsində İraqın keçmiş lideri Səddam Hüseyn dönəmindən BMT-də qalan 131 milyon dollar Bağdada…

|
Səddam Hüseynin milyonları geri alındı

“Neft qarşılığında qida və dərman” proqramı çərçivəsində İraqın keçmiş lideri Səddam Hüseyn dönəmindən BMT-də qalan 131 milyon dollar Bağdada qaytarılıb.

VOİCEPRESS xəbər verir ki, bu sözləri İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal deyib. O bildirib ki, sözügedən məbləğ 6 illik faizlə geri alınıb:

“BMT Baş katibliyi ilə keçirilən görüşlərdən sonra pulu geri almağı bacardıq”.

Qeyd edək ki, 2 avqust 1990-cı ildə Səddam Hüseyn rejiminin Küveytə müdaxiləsindən sonra BMT İraqa embarqo tətbiq etməyə başlamışdı.

Embarqonun tətbiqindən sonra BMT Təhlükəsizlik Şurası neft qarşılığında İraqın qida və dərman almasına icazə vermişdi.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR