Ukrayna Təhlükəsizlik Xidməti Gürcüstan parlamentinin deputatı Kobe Nakopiyanın ölkəyə girişinə 3 illik qadağa qoyub.
VOİCEPRESS xəbər verir ki, Ukrayna mediası qadağanın 12 oktyabrda qoyulduğunu bildirib.
Qeyd edək ki, Nakopiya Mixail Saakaşvilinin tərəfdarı sayılır. Bir müddət öncə o, Kiyevə səfər etsə də, Ukrayna Gömrük Xidməti onun ölkəyə girişinə icazə verməmişdi.
VOİCEPRESS.AZ