DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Saakaşvilidən sonra növbə onlarındır – Şmuleviç

Mixail Saakaşvilidən sonra növbə digər xaricilərə də gələcək.VOİCEPRESS xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsraildən olan politoloq Avram…

|
Saakaşvilidən sonra növbə onlarındır – Şmuleviç

Mixail Saakaşvilidən sonra növbə digər xaricilərə də gələcək.

VOİCEPRESS xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində İsraildən olan politoloq Avram Şmuleviç paylaşıb.

“Mənim gürcü dostlarım əbəs yerə Ukrayna Prezidenti Pyotr Poroşenkonun Gürcüstana səfərinə sevinirdilər. Rusiya hakimiyyətindən qaçanlara, xüsusilə, Donbasda vuruşan əcnəbilərə məsləhətim odur ki, təcili Ukraynanı tərk etsinlər və özlərinə yeni sığınacaq tapsınlar. Yaxın zamanlarda Ukraynada xaricilərin kütləvi şəkildə vətəndaşlıqdan məhrum edilməsi prosesi başlayacaq. Kiyev onlardan sığınacaq istəyən rusları artıq indidən Moskvaya təhvil verməyə başlayıb”, – Şmuleviç bildirib.

Qeyd edək ki, dünən Ukrayna hökuməti Mixail Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Buna səbəb kimi onun miqrasiya sənədlərində yanlış məlumatların yerləşdirilməsi göstərilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR