Rusiyanın Amur vilayətində hərbi hissədə atəş açaraq 3 nəfəri öldürən, 2-ni isə yaralayan əsgər saxlanılarkən silahlı müqavimət göstərib.
VOİCEPRESS xəbər verir ki, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb.
VOİCEPRESS xəbər verir ki, cavab atəşi ilə Dağıstan sakini, 23 yaşlı Həsən Əbdüləhədov öldürülüb.
Ötən gün Rusiyanın Beloqorsk şəhərində (Amur vilayəti) 2017-ci ilin sentyabrından həqiqi hərbi xidmətdə olan H. Əbdüləhədov hərbi hissədə təlim zamanı xidmət yoldaşlarına odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. İnsident nəticəsində 1 zabit və 2 əsgər ölüb, daha 2 əsgər yaralanıb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində araşdırma aparılır.
VOİCEPRESS.AZ