DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Rusiya prezidentliyinə namizəd: “Krım Ukrayna ərazisidir”

Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm. VOİCEPRESS xəbər verir ki, bunu bu gün Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı…

|
Rusiya prezidentliyinə namizəd: “Krım Ukrayna ərazisidir”

Beynəlxalq hüquq baxımından Krımı Ukrayna ərazisi hesab edirəm.
VOİCEPRESS xəbər verir ki, bunu bu gün Rusiyada prezidentliyinə namizəd, tanınmış teleaparıcı Kseniya Sobçak mətbuat konfransında bəyan edib.

“Biz öz sözümüzü, 1994-cü ilin Budapeşt memorandumunu pozduq. Söz verdik, lakin sözümüzü tutmadıq. Bundan sonra biz müzakirə etməliyik. Bu, böyük problemdir”, – Sobçak vurğulayıb.

O, Ukrayna ilə münasibətlərin Rusiya üçün çox vacib olduğunu söyləyib: “Münasibətləri normallaşdırmaq lazımdır. Ukrayna, sözsüz ki, Rusiya üçün çox vacib tərəfdaşdır. Normal, yaxşı münasibətləri bərpa etmək, yəqin ki, Rusiyanın qarşısında duran ən başlıca vəzifədir”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin martında keçiriləcək. Seçki kampaniyasına dekabr ayından start veriləcək.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR