Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd Tu-22M3 bombardmançı təyyarəsi Suriyanın Deyr əz-Zor vilayətində yerləşən İŞİD mövqelərinə zərbələr endirib.
VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən informasiya yayılıb.
Məlumata görə, Rusiya ərazisində yerləşən aerodromdan havaya qalxan təyyarələr təxminən 2 min kilometr məsafəni qət edərək İŞİD-in silah-sursat anbarlarına, güc nöqtələrinə və Əs-Sayyal rayonunda terrorçuların sıx olduğu digər mövqelərə hava zərbələri endiriblər. Qabaqcadan təyin edilmiş bütün hədəflər məhv edilib.
VOİCEPRESS.AZ