DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Referendum” nağılı bitdi: İraq kürdləri geri çəkildilər

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin "müstəqilliyi" heç bir ay çəkmədi. Bu gün səhər saatlarında muxtariyyətin rəhbəri Məsud Bərzaninin…

|
“Referendum” nağılı bitdi: İraq kürdləri geri çəkildilər

İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin “müstəqilliyi” heç bir ay çəkmədi. Bu gün səhər saatlarında muxtariyyətin rəhbəri Məsud Bərzaninin administrasiyası xüsusi bəyanat yayaraq “referendumun nəticələrinin dondurulması”nı bildirib.
VOİCEPRESS
Al Jazeera-ya istinadən bildirir ki, sənəddə deyilir: “Referendumun nəticələrinin reallaşdırılmasını dondurur, Kürdüstan Muxtariyyətinin İraqın tərkib hissəsi olduğunu bəyan edir və İraq Konstitusiyası əsasında danışıqlara hazır olduğumuzu bildiririk”.

Bu isə İraq kürdlərinin indiyədək ələ keçirdikləri bütün ərazilərdən geriyə, 2003-cü ildəki sərhədlərə çəkilməsi deməkdir.

M.Bərzanin qəfil “ayılması”nın əsas səbəbi İraq kürdlərinin Kərkük bölgəsi üzərində nəzarəti cəmi 2 günə itirməsi, kürdlərin “peşmərgə” dəstələrinin hücuma keçmiş İraq ordusu qarşısında duruş gətirməyərək 7 saat ərzində bütün mövqeləri qoyub qaçması, ən başlıcası isə İran, Türkiyə və Suriyanın İraqa tam dəstək verməsi olub.

M.Bərzani, habelə ABŞ və Rusiyaya arxalanırdı ki, onun bütün ümidləri puç olub.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR