DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

İraq: Bərzani Kürdüstandan imtina edir

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun nəticələrini Bağdadın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qarşılığında…

|
İraq: Bərzani Kürdüstandan imtina edir

İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani müstəqillik referendumunun nəticələrini Bağdadın tətbiq etdiyi sanksiyaların ləğv edilməsi qarşılığında dondurmağa hazırdır.

VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraqın vitse-prezidenti Üsamə ən-Nüceyfi söyləyib. Onun sözlərinə görə, Bərzani Bağdadla dialoqa hazır olduğunu deyib.

Qeyd edək ki, Bərzani dünən İraq vitse-prezidentləri Nüceyfi və Ayyad Alaui ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu kürd referendumu olub. Görüşdən az sonra İraq Nazirlər Kabineti bu görüşün rəsmi Bağdadın mövqeyini ifadə etmədiyini bəyan edib.

İraq Kürd Muxtariyyəti də öz növbəsində müstəqillik referendumunun nəticələrini heç vaxt ləğv etməyəcəyini bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR