İranın paytaxtı Tehran yaxınlığında yerləşən Rey şəhərində, neft emalı zavodunda partlayış baş verib.
VOİCEPRESS xəbər verir ki, partlayış nəticəsində ən azı 6 nəfərin öldüyü, 2 nəfərin ciddi xəsarət aldığı bildirilib.
Partlayış yerli vaxtla saat 16:00-da baş verib. Hakimiyyət nümayəndəsinin sözlərinə görə, hazırda yanğın tam olaraq söndürülüb.
VOİCEPRESS.AZ