DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Qarabağ”dan oxuyan türkiyəli reper: “Nə Fənərbağça, nə də Qalatasaray…” – VİDEO

Çempionlar Liqası qrup mərhələsinə düşməyi bacaran "Qarabağ"ın tarixi nailiyyəti Türkiyədə də səs-küy doğurub.Belə ki, türkiyəli 2 repçi komandamız haqqında…

|
“Qarabağ”dan oxuyan türkiyəli reper: “Nə Fənərbağça, nə də Qalatasaray…” – VİDEO

Çempionlar Liqası qrup mərhələsinə düşməyi bacaran “Qarabağ”ın tarixi nailiyyəti Türkiyədə də səs-küy doğurub.

Belə ki, türkiyəli 2 repçi komandamız haqqında mahnı yazıblar.

Yunus Emre və Frekans adı ilə fəaliyyət göstərən musiqiçilər “Yürü Qarabağ” adlı parçanı dinləyiciləri ilə paylaşıblar.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, Yunus Emre bu sözləri deyib:

“İkimiz də 30 yaşlarına gəlmiş insanlarıq. Futbolu yaxından izləyirik. Birimiz “Qalatasaray”, birimiz isə “Fənərbağça” azərkeşiyik. Bizim fanatı olduğumuz komandalar ÇL-ə gedə bilmədi, amma “Qarabağ” bunu bacardı. Bu səbəbdən də belə bir mahnı yazmaq içimizdən gəldi.

Qarabağın taleyini çox yaxşı bilirdik. Bu qədər zülmə, vəhşiliklərə uğramış bir şəhərin klubu başqa bir şəhərə köçüb 25 il ərzində bu nöqtəyə gələ bilibsə, bu, çox qürurlu bir şeydir.

Sözləri də azərbaycanlı qardaşlarımız başa düşsün deyə Azərbaycan ləhçəsi ilə yazdıq”

Qeyd edək ki, “Youtube” üzərindən paylaşılan parçanın musiqisi Buğra Atmacaya sözləri isə Yunus Emre və Frekansa aiddir.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR