DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Putin Trampla görüşünün baş tutmamasının səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammitində ABŞ lideri Donald Trampla baş tutmayan fərdi görüşünün hər…

|
Putin Trampla görüşünün baş tutmamasının səbəbini açıqladı

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammitində ABŞ lideri Donald Trampla baş tutmayan fərdi görüşünün hər iki ölkənin münasibətlərində böhranın davam etdiyindən xəbər verdiyini bildirib.

VOİCEPRESS xəbər verir ki, Rusiya lideri, eyni zamanda, sammit meydanlarında Trampla qısa görüşünü uğurlu adlandırıb. “Biz bugünkü iclasın gedişində söhbətləşdik. İstədiyimiz hər bir məsələni ümumi və tam olaraq müzakirə etdik”, – deyə o qeyd edib.

Donald Tramp isə öz növbəsində sammit zamanı Putinlə bir neçə dəfə qısa şəkildə danışdığını deyib. Amerika lideri jurnalistlərə müsahibəsində Putinin onunla hər görüşdə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə ittihamları təkzib etdiyini vurğulayıb. Bundan əlavə, Trampın sözlərinə görə, Rusiya Prezidenti daimi ittihamlardan çox məyusdur.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın seçkilərə mümkün müdaxiləsi barədə təhqiqatın ölkələr arasında münasibətlərin sabitləşməsinə maneə yaratdığını bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR