Rusiya Prezidenti Vladimir Putin Rusiya Enerji Həftəsi forumunda çıxışı zamanı ona qarşı olan böyük diqqətə görə lətifə danışıb.
VOİCEPRESS xəbər verir ki, Rusiya prezidenti bununla forumda təkcə özünün çıxış etmədiyinə diqqət çəkmək istəyib.
VOİCEPRESS xəbər verir ki, Rusiya prezidenti bununla forumda təkcə özünün çıxış etmədiyinə diqqət çəkmək istəyib.
“İsrail ordusu barədə lətifə istəyirsiniz? Gənc əsgərdən soruşurlar: Əgər sənin üzərinə 20 terrorçu gəlirsə bu vəziyyətdə nə edərsən? Əsgər Uzi-ni (İsrail istehsalı kiçik ölçülü silah) götürərək atəş açacağını bildirir. Əhsən, əgər üzərinə tanklar gəlsə onda necə? O zaman qumbaraatanla müdafiə olunaram. Əgər terrorçular, tanklar və təyyarələr hamısı birlikdə hücum etsə onda nə edərsən? Cənab general, mən bizim orduda təkbaşına xidmət edirəm? Mən də indi sizdən soruşuram, bəyəm bu paneldə tək mən çıxış edirəm?”, – dövlət başçısı bildirib.
VOİCEPRESS.AZ