VOİCEPRESS xəbər verir ki, bunu “Moskovski Komsomoleç” qəzetinə açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib. Onun sözlərinə görə, Vladimir Vasilyevin Dağıstana rəhbər gətirilməsi general-qubernatorluğun yeni formada davam etdirilməsidir:
“Vasilyevin təyinatı Dağıstanda xoş qarşılanacaq. Dağıstanda təkcə təhlükəsizliyə yox, həm də qanuniliyə və nizama ehtiyac var. Vasilyevlə bağlı fikirlər də müəyyən qədər ayrılıq yarana bilər. Onu yerli elitanın necə qəbul edəcəyi bilinmir. Belə ki, hələ sovet dövründən bu yana regiona rus rəhbərlik etməyib. Problemlər əsasən korrupsiyaya bulaşmış elita ilə yaranacaq”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin Dağıstan rəhbərliyinə müvəqqəti olaraq Dumanın vitse-spikeri Vladimir Vasilyevi təyin edib. 1919-cu ildən bu yana Dağıstana rus rəhbərlik etməyib. Sonuncu dəfə buraya məşhur rus general Vrangel hökmranlıq edib.
VOİCEPRESS.AZ