VOİCEPRESS xəbər verir ki, bu sözlər rusiyalı politoloq Andrey Piontkovskinin “Azadlıq” radiosunda dərc olunan məqaləsində yer alıb.
“Putinin məsuliyyəti şəxsən üzərinə götürdüyü neoimperial avantüranın uğursuzluğu rejimin xarici siyasətdəki böyük məğlubiyyətinə səbəb oldu, onun iqtisadi dayaqlarını sarsıtdı. Məhz bunun ucbatında Rusiya hakimlərinin xaricdəki aktivləri, Qərbdəki həyat tərzləri üçün böyük təhdid yarandı.
Putinin növbəti seçkidəki taleyini yüz milyondan çox olan Rusiya vətəndaşı həll etməyəcək. Onun taleyini yaxın bir neçə həftə ərzində indiki Siyasi Büroda olan 15-20 nəfərlik avtoritar qrup həll edəcək”, – deyə o bildirib.
VOİCEPRESS.AZ