DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Perinçək: “Kərkükü Türkiyəyə birləşdirsək…”

ABŞ-la İsrail artıq Yaxın Şərqdə uduzublar.VOİCEPRESS xəbər verir ki, bu sözləri “Ulusal” televiziyasına müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu…

|
Perinçək: “Kərkükü Türkiyəyə birləşdirsək…”

ABŞ-la İsrail artıq Yaxın Şərqdə uduzublar.

VOİCEPRESS xəbər verir ki, bu sözləri “Ulusal” televiziyasına müsahibəsində Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək söyləyib.

“Cənubumuzda dövlətlər birləşir. Yeni dünya qurulur. Bölgədə ABŞ-la İsrail uduzub. ABŞ-ın Yaxın Şərqdə məzhəb savaşları yaratmaq istəyi baş tutmadı. Türkiyə zamanında İraq Kürd Muxtariyyəti ilə bağlı lazımlı addımları atsaydı, referendumun qarşısını ala bilərdi. Biz aylar əvvəl hökumətə xəbərdarlıq etmişdik”, – deyə o bildirib.

Perinçək çıxışı zamanı Milliyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalının Kərkük açıqlamasına da diqqət yetirib:

“Baxçalının Kərkük-Mosul açıqlaması son dərəcə yanlışdır. “Kərkükü 82-ci, Mosulu 83-cü vilayətimiz edəcəyik” demək Diyarbəkiri itirməyimizlə nəticələnəcək. Kərküklə Mosulu necə alacaqsan? Bunu etməklə İraqla İranı hədəf almış olacaqsan. İraqı, İranı, Suriyanı özünə düşmən etməklə ABŞ-ın tələsinə düşəcəksən və nəticədə Diyarbəkiri də itirəcəksən”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR