Fransada qorxu dolu anlar yaşanıb. VOİCEPRESS-in TASS-a istinadla verdiyi məlumata görə, paytaxt Paris ətrafında, Levallua-Perre də də bir qrup hərbçinin üzərinə maşın sürülüb. Sürücü hadisədən sonra qaça bilib.
Baş vermiş hadisə nəticəsində ilkin məlumata görə, 6 hərbçi yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə səhər saatlarında, əsgərlər kazarmadan Verden meydanına çıxan zaman olub.
Hələlik polis nə hadisəni törədən sürücü, nə də onun maşınını tapa bilib.
Şəhər merinin sözlərinə görə, qəza qəsdən törədilib. “Sürücü kazarmanın qarşısında əsgərlərin çıxışını gözləyib. Onlar öz maşınlarına yaxınlaşanda isə avtomobili üzərlərinə sürüb”.
Hərbçilər BMW markalı maşınla əziliblər.
VOİCEPRESS.AZ