VOİCEPRESS xəbər verir ki, bu barədə “Teleqraf” informasiya yayıb.
Obamanın 80-ci illərdə yazdığı 30 səhifəlik məktublar 2014-cü ildən bu yana Atlantada yerləşən Emori Universitetinin arxivlərində saxlanılıb.
ABŞ-ın ilk qaradərili prezidentinin 1983-cü ildə yazdığı məktubda bu ifadələrə yer verilib:
“Qarışıq hislər yaşamağıma baxmayaraq tez-tez səni düşünürəm. Görünən odur ki, sahib ola bilməyəcəyimiz şeyi həmişə istəyəcəyik. Bizi bağlayan da budur, ayıran da”.
Emori Universitetinin professoru Andra Gillispye məktubların münasibətin sonlarında yazıldığı üçün çox romantik xarakter daşıdığını bildirib.
VOİCEPRESS.AZ