VOİCEPRESS xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu söyləyib. Onun sözlərinə görə, dünya gərək kürdlərin rifahı haqqında düşünsün.
Maraqlı məqam odur ki, Netanyahu bu çıxışını 2001-ci ildə Qüdsdə öldürülən İsrailin Turizm naziri Rexavam Zeyevinin anım mərasimi zamanı edib. O, Zeyevinin 1960-cı illərdə İraqın kürdlərin konpakt yaşadığı ərazisinə (indiki İraq Kürd Muxtariyyətinə) məxfi missiya ilə göndərildiyini və burada İsrail ordusu üçün səhra xəstəxanasının yaradılmasına nəzarət etdiyini bildirib:
“Bu səfər Zeyeviyə güclü təsir etmişdi. Kürdlər milli və beynəlxalq müdriklik nümayiş etdirirlər”..
VOİCEPRESS.AZ