VOİCEPRESS xəbər verir ki, bu barədə Misir ordusu yazılı bəyanat verib. Birgə təlim “Parlaq ulduz 2017” (Bright Star 2017) adlanır.
Məhəmməd Nəcib hərbi bazasında keçirilən təlim 20 sentyabra qədər davam edəcək. Təlim çərçivəsində beynəlxalq müstəvidə baş verən strateji məsələlər və terrorla mübarizə barəsində fikir mübadiləsi ediləcəyi bildirilib.
Qeyd edək ki, 1981-ci ildən iki ölkə arasında iki ildən bir hərbi təlimlər təşkil edilirdi. Misir Prezidenti Hüsnü Mübarəkin çevriliş nəticəsində devrilməsindən sonra 2011-ci ildə bu razılaşma ləğv edilmişdi.
VOİCEPRESS.AZ