Aralıq dənizində Tunisə məxsus gəmi ilə miqrantları daşıyan qayıq toqquşub.
VOİCEPRESS xəbər verir ki, hadisə nəticəsində azı səkkiz miqrant həlak olub.
VOİCEPRESS xəbər verir ki, hadisə nəticəsində azı səkkiz miqrant həlak olub.
Qeyd olunur ki, ölənləri sayı arta bilər. Belə ki, qəza zamanı qayıqda 70-dən çox miqrantın olduğu bildirilir.
Son məlumata görə, miqrantların əksəriyyəti xilas olunsa da, itkin düşənlər də var.
Hadisə Malta yaxınlığında baş verib. Toqquşmadan sonra qayıq aşıb və batmağa başlayıb.
Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil.
VOİCEPRESS.AZ