Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan həbs edilən, yaxud istintaqı aparılan FETÖ-çuların geyimi ilə bağlı xüsusi detalları açıqlayıb.
VOİCEPRESS bildirir ki, prezident təqsirkarların geyim formasına Malatyada çıxışı zamanı diqqət çəkib. Ərdoğan qeyd edib ki, onların geyimi badam rəngindən daha tünd olacaq: “Məhbuslar üçün xüsusi torba, jaket və şalvar nəzərdə tutulub. Məhkəmələrdə şou göstərən bu xainlar acı aqibətləri ilə baş-başa qalacaq. Millətimiz qiyamçıların cavabını hüquq müstəvisində verəcək”.
VOİCEPRESS.AZ