Meksikanın cənub-qərb sahillərində tropik fırtına formalaşıb.
VOİCEPRESS bildirir ki, fırtınaya “Maks” adı verilib. Hazırda fırtına Meksikanın Akapulko şəhərindən 185 kilometr cənub-qərbdə yerləşir. Küləyin maksimal sürəti saatda 65 kilometrdə çatır.
Məlumata əsasəm, “Maks” Meksika sahillərinə cümə axşamı çatacaq. Gözlənilir ki, “Maks” Herrero və Oahama ştatlarında güclü yağışlar gətirəcək.
VOİCEPRESS.AZ