VOİCEPRESS xəbər verir ki, bu sözləri Nyu Yorkda səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.
“Belə olsa, İranın qarşısında başqa seçimləri var. Lakin bu seçimlər beynəlxalq ictimaiyyətin ABŞ-ın bu hərəkətinə necə reaksiya verməsindən və məsələyə necə yanaşmasından asılı olacaq. Əgər Avropa, Yaponiya, Rusiya və Çin bu məsələdə ABŞ-ın tərəfinə keçib, onunla eyni mövqedən çıxış etsələr, o zaman bu sazişin sonu gələcək. Mənə elə gəlir ki, ABŞ prezidenti mövcud nüvə sazişi ilə bağlı Konqresə təqdim edəcəyi növbəti hesabatında İranın bu sazişə sadiq qaldığını təsdiq etməyəcək”, – Zərif bildirib.
Qeyd edək ki, ABŞ hökuməti hər 90 gündən bir İranın nüvə sazişinə sadiq qalıb-qalmaması və onun bu razılaşmanın şərtlərinə əməl edib-etməməsi barədə ABŞ Konqresinə hesabat təqdim etməlidir. Tramp Konqresə yeni hesabatı oktyabr ayında təqdim edəcək.
VOİCEPRESS.AZ