Malidə BMT-nin missiyaları silahlı hücuma məruz qalıb.
VOİCEPRESS xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.
VOİCEPRESS xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.
Onun sözlərinə görə, avqustun 14-də Malinin mərkəzində naməlum silahlılar missiyanın düşərgəsinə hücum edib. Nəticədə bir missiya əməkdaşı və bir BMT sülhməramlısı ölüb, iki silahlı məhv edilib. Bir neçə saatdan sonra isə BMT-nin Timbuktudakı missiyasına hücum edilib. F.Haq orada atışmanın davam etdiyini bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.
VOİCEPRESS.AZ