DOLAR
49,24 ₺
EURO
55,16 ₺
STERLİN
65,23 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Lukaşenko Üzəyir Cəfərovun tələbə yoldaşını nazir təyin etdi

"Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 28-də mənim Lvov Ali Hərbi Siyasi Jurnalistika fakültəsində 4 il bərabər təhsil aldığım yaxın dostum…

|
Lukaşenko Üzəyir Cəfərovun tələbə yoldaşını nazir təyin etdi

“Belarus prezidenti Aleksandr Lukaşenko sentyabrın 28-də mənim Lvov Ali Hərbi Siyasi Jurnalistika fakültəsində 4 il bərabər təhsil aldığım yaxın dostum Aleksandr Karlyukeviçi Belarusun İnformasiya naziri vəzifəsinə təyin edib”.

VOİCEPRESS xəbər verir ki, bunu Azərbaycanda hərbi-siyasi məsələlər üzrə tanınmış ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, Aleksandr Karlyukeviç Azərbaycana isti münasibət bəsləyir:

“Sözsüz ki, bizim 1981-85-ci illərdə Ukraynanın Lvov şəhərində hərbi-siyası jurnalist kimi bərabər təhsil aldığımız bir neçə tələbə-kursant yoldaşımız bu gün Ukrayna, Belarusda, elə Rusiyanın Moskva, Sankt-Peterburq şəhərlərində çox mühüm vəzifələrdə çalışırlar və onların əksəriyyəti Azərbaycana çox isti münasibəti olan dostlarımdır. Ona görə də bu gün dünyada silahlı müharibələrdən daha çox informasiya müharibəsində biz gərək öz imkanlarımızı maksimum səfərbər edək.

Yolu Ukraynaya və ya Belorusiyaya, Rusiyaya düşən hər bir həmkarım çox rahatlıqla mənim adımdan adını qeyd etdiyim rəsmi şəxslərlə görüşə və ünsiyyət qura bilərlər. Siz həqiqətən də onların Azərbaycana necə böyük önəm verdiklərinin, hörmət bəslədiklərinin canlı şahidi ola bilərsiniz”.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR