DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Lukaşenko MDB PA-nın fəaliyyətini tənqid etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə keçirilən MDB ölkələri dövlət başçılarının sammitində MDB Parlamentlərarası Assambleyanın fəaliyyətini tənqid…

|
Lukaşenko MDB PA-nın fəaliyyətini tənqid etdi

Belarus prezidenti Aleksandr Lukaşenko Soçidə keçirilən MDB ölkələri dövlət başçılarının sammitində MDB Parlamentlərarası Assambleyanın fəaliyyətini tənqid edib.

VOİCEPRESS
xəbər verir ki, Belarus prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşündə MDB-nin strukturları, xüsusən də MDB PA-nın fəaliyyəti ilə bağlı qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə fikir mübadiləsi apardığını söyləyib.

“Hər ikimiz hesab edirik ki, bu struktur lazımi nəticəni vermir, baxmayaraq ki, onun saxlanmasına çoxlu pul ayrılır. Əgər bu struktur işləmirsə, bəlkə ondan imtina edək? Biz bu struktura müəyyən, konkret səlahiyyət verilməsini təklif etmişik. Biz orada hansısa model qanunlar qəbul edirik. Bu qanunlardan heç biri Belarusun milli qanunvericiliyinin əsası ilə ayaqlaşmır. Məlum olur ki, deputatlar yığışırlar Sankt-Peterburqa, orada nəyisə müzakirə edirlər, danışırlar. Lakin biz bu barədə heç nə bilmirik. Ona görə ki, buna tələb yoxdur”, – deyə A. Lukaşenko bildirib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR