DOLAR
49,13 ₺
EURO
55,26 ₺
STERLİN
65,01 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ləzgi milyarder Fransada həbs olunub

Rusiya Federasiya Şurasının üzvü, Dağıstanda anadan olmuş Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb.VOİCEPRESS.AZ…

|
Ləzgi milyarder Fransada həbs olunub

Rusiya Federasiya Şurasının üzvü, Dağıstanda anadan olmuş Rusiya milyarderi Süleyman Kərimov Fransanın Nitsa şəhərinin aeroportunda saxlanılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, o, hazırda polis bölməsindədir. Vilfranş-syur-Merdəki Rusiya baş konsulluğunun əməkdaşları senatorla görüşə biliblər.

Səfirliyin nümayəndəsi Kərimovun saxlanılmasının səbəbini dəqiqləşdirməyib. “Biz yerli hakimiyyətlə daimi əlaqədəyik və onun azad olunmasına çalışırıq”, – o deyib.

KİV-in xəbərlərinə görə, senatoru vergilərin ödənilməməsi haqqında iş üzrə saxlaya bilərlər. Federasiya Şurasından bildiriblər ki, vəziyyəti nəzarətdə saxlayacaqlar.

Qeyd edək ki, Kərimov 2008-ci ildən Federasiya Şurasında Dağıstanı təmsil edir. Senator sahibkarlıq fəaliyyəti ilə fəal məşğuldur.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR