VOİCEPRESS xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.
Konaşenkov şəhərin tamamilə azad edildiyini bəyan edib: “Suriya ordusu Mayadin şəhərindəki İŞİD-çilərin məhv edilməsi üçün apardığı əməliyyatı başa çatdırıb. General-mayor Süheyl Həsənin komandanlığı altındakı ordu birlikləri terrorçuların mərkəz və cənub yerlərindəki şiddətli müqavimətini qıraraq, şəhəri tamamilə xilas etdi”.
Konaşenkov Həsənin başçılıq etdiyi birliklərin hazırda da Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyi ilə irəliləməyə davam etdiyini qeyd edib.
VOİCEPRESS.AZ